Nazir: “Səylərimiz mütləq 20-25 ildən sonra özünü göstərəcək”

SOSİAL 04 dekabr 2024, 10:45
“Azərbaycanın bir çox dövrlərdə məktəbəqədər təhsillə əhatə olunması 10 faiz civarında olub. Hazırda hədəfimiz bu rəqəmi 50 faizə çatdırmaqdır. Bu, çox böyük göstəricidir”.

Demokrat.az xəbər verir ki, bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II Beynəlxalq Konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, nazirliyin ən böyük islahatlarından biri 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsidir: “Hazırda 80-90 faiz civarında uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur.

Məktəbəqədər təhsil üçün göstərdiyimiz səylər mütləq 20-25 ildən sonra özünü göstərəcək. Bizim baxış bucağımız bundan barətdir ki, heç olmasa bir il hər uşaq məktəbəqədər hazırlığa getsin. Hazırda hər 10 uşaqdan 9-u məktəbəqədər təhsilə cəlb olunub”. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 21:43
04 dekabr 2024, 20:57
Top