"Uşaqlarda cinsi tərbiyə doğulduğu gündən ailələr tərəfindən yaradılır. Qızlara çəhrayı, oğlanlara mavi rəng paltar, oyuncaq seçimi etməklə cinsi anlayış formalaşdırırıq".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
"Bağçaya başlayan vaxtdan etibarən azyaşlıya məhrəmiyyət duyğusu öyrədilməlidir. Başa salmaq lazımdır ki, onların məhrəm yerlərinə həkimdən və valideynindən başqa heç kim toxuna bilməz. Həkim belə uşağı valideyn nəzarəti altında müayinə etməlidir. Uşaq bilməlidir ki, məhrəm yerlərinə toxunan insanları valideynə demək, kəskin reaksiya vermək lazımdır".
Psixoloq bildirib ki, cinsi yetişkənlik dövründə mütləq hormonal analiz verilməlidir:
"Qızlarda menstural tsiklin başladığı zamanda, ümumi olaraq 12-13 yaşdan hormonal analiz vacibdir. Oğlanlarda tər vəziləri, yağ tarazlığı yoxlanmalıdır. Eyni zamanda endokrinoloq nəzarəti olmalıdır. Bununla problemləri öncədən müəyyən etmək olur.
LGBT meyilli gənclərin bir qismində psixoloji problem yaşanır. Bəziləri isə hormonal olaraq yönəlir. Ona görə də vaxtında mütəxəssis müayinəsi vacibdir".
Əfsanə Kamal
Demokrat.az