Əli Kərimliyə bu cəza verildi

SİYASƏT 02 dekabr 2024, 15:34
Dekabrın 2-də AXCP sədri Əli Kərimlinin işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Əli Kərimli barəsində şikayəti keçmiş partiya üzvü Aydın Əliyev verib.

O, partiya sədrinin ictimai təhqirlərinə məruz qaldığına görə şikayət etdiyini bildirib.

2019-cu ildə partiya sıralarından xaric edilən A.Əliyev məhkəmə yolu ilə yenidən üzvlüyünü bərpa edib. Onun başqa bir şikayəti əsasında isə AXCP-nin son qurultayının nəticələri etibarsız elan edilib. 

Nəsimi rayon məhkəməsi Məhkəmə AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib.

Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimələnib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top