"MİDA"nın 1,5 milyonluq tenderi ləğv edildi

İQTİSADİYYAT 02 dekabr 2024, 14:37
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin tenderi ləğv edilib. 

Valyuta.az xəbər verir ki, Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahəxarici və sahədaxili qaz təminatı işlərinin satın alınması ilə bağlı elan edilən tender Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarı ilə ləğv olunub. 

Tenderin ləğv olunma səbəbi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Bu tender üzrə görüləcək işlərin ehtimal olunan qiyməti 1 595 209,23 manat müəyyənləşdirilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top