Əfqanıstanda Taliban rəsmisi Abdullah Serhadi 18 yaşlı bir qadının ərindən boşanmaq üçün müraciətinə cavab olaraq verdiyi açıqlamada qadınlarıhədəfə alıb. Serhadinin "Qadınların ağlı yoxdur, onlar axmaqdırlar. Onlar heç nə başa düşmürlər" sözləri geniş qəzəbə səbəb olub.
Əfqanıstanda Taliban rejimi dövründə xidmət etmiş Abdullah Serhadi qadınlar haqqında etdiyi təhqiramiz ifadələrə görə tənqid olunub.
Serhadinin gənc bir qadının boşanma ərizəsinə cavab olaraq verdiyi şərhlər, ölkədə qadınların üzləşdiyi rəftarla bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bu açıqlama 18 yaşlı bir qadının ərindən boşanmaq üçün qubernatorluq ofisinə müraciət etməsindən sonra verilib. Taliban rəsmisi Abdullah Serhadi qadının ərizəsini qiymətləndirərkən qadınların qərar qəbul etmə və anlama qabiliyyətlərini hədəf alan ifadələrdən istifadə edib.
Serhadi, qadınlarla bağlı açıqlamasında deyib: "Qadınların zəkası yoxdur, zəkaları məhduddur. Onlar heç nə başa düşmürlər". (lent.az)


