Trampdan Baydenin öz oğlunu əfv etməsinə sərt reaksiya

DÜNYA 02 dekabr 2024, 11:21
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin oğlu Hanter Baydeni əfv etməsini kəskin tənqid edib.

Demokrat.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp kiçik Baydenin əfv edilməsini ədalət mühakiməsinin pozulması və sui-istifadəsi adlandırıb.

"Co tərəfindən verilən əfv illərdir həbsdə olan 6 yanvar girovlarını (Kapitoliyə hücum edənləri - Red.) da əhatə edirmi?" - deyə o soruşub.

Xatırladaq ki, dekabrın 1-də Co Bayden oğlu Hanteri iki cinayət işi üzrə əfv edib. Prezident qeyd edib ki, Hanterin işinə bənzər hallar adətən daha yumşaq tədbirlərlə həll olunur, lakin onun konqresdəki rəqibləri bu ittihamlardan Baydenin prezidentliyinə qarşı istifadə ediblər. O oğlunun yalnız siyasi təzyiq səbəbindən hədəfə çevrildiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top