"Toyda oxumaq üçün sənət lazım deyil"

MƏDƏNİYYƏT 28 noyabr 2024, 22:42

Əməkdar artist Nuriyyə Hüseynova açıqlaması ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi toyda oxumaq üçün sənətə gərək olmadığını bildirib:

"Mən toylara 15-30 dəqiqəlik gedirəm. Bütöv toy heç vaxt oxumuram. O da baxır hansı toy, hara gəldi getmirəm. Əslində toyda oxumaq üçün sənət lazım deyil. Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir. Düzünü deyirəm. İndiki dövrdə də camaat bir ritm lazımdır ki, oynasınlar. Mahnıdakı sözün mahiyyəti də insanlara maraqlı deyil. Sənətimi sevən insanlar dəvət edərkən, onlardan soruşuram ki, muğam ifa edim? Toy sahibi istəyəndə oxuyuram. İstəmirsə, muğama xəyanət edə bilmərəm. Muğamı sevməyən insanların yanında oxumaq düzgün deyil. Biri yemək yeyir, o biri danışır, digəri gülür, muğama hörmətsizlik olur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top