"Trendyol"dan azərbaycanlı müştərilər üçün "Əfsanə günlər" kampaniyası — FOTOLAR

SOSİAL 28 noyabr 2024, 20:15
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" Azərbaycandakı müştəriləri üçün "Əfsanə günlər" kampaniyasına başlayır. İlin əfsanə endirimlərinin yer aldığı kampaniya 27 noyabr - 2 dekabr tarixlərini əhatə edəcək.

"Əfsanə günlər"də "Trendyol" istifadəçiləri elektronikadan mətbəx avadanlıqlarına, dəbli geyimlərdən şəxsi baxım məhsullarına qədər bütün kateqoriyalarda "Noyabr 25" kodu ilə 25 faizlik endirim fürsəti qazanacaq. Əlavə olaraq, alış-veriş həvəskarları seçilmiş məhsullarda 60 faizədək endirim əldə etməklə daha çox fürsətlərdən yararlana biləcəklər.
Həmçinin, "Trendyol"un sevilən "Qazandıran çarx" və "Paylaş-Qazan" kampaniyaları da əlavə şanslar verməyə davam edəcək.

Kampaniya müddətində şirkət Bakı bulvarında, Azərbaycan Dövlət Kukla teatrının yaxınlığında - piyada keçidinin önündəki stendində müştərilərini qarşılayacaq və onlara əlavə endirim fürsəti qazandırmağa davam edəcək. Belə ki, "Trendyol" stendinin ziyarətçiləri təşkil olunmuş yarışlarda iştirak edərək 5 000, 2 000, 750, 500, 200 və 100 TL məbləğində endirim kuponları əldə edə biləcəklər.










 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top