ÜST: “ABŞ üzvlüyünü dayandırsa, böyük vəsait itirəcəyik”

DÜNYA 27 noyabr 2024, 16:20
ABŞ üzvlüyünü dayandırarsa, Ümumdünya Səhiyyə Təşkilatı maliyyə vəsaitinin dörddə birini itirə bilər. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

Nəşrin məlumatına görə, təşkilatdan çıxmaq barədə qərarı prezident seçkilərində qalib gələn Donald Tramp verə bilər.

“Əgər Birləşmiş Ştatlar, Trampın ilk prezidentliyində etməyə çalışdığı kimi, beynəlxalq səhiyyə təşkilatına üzvlüyünə son qoysa, ÜST ən böyük hökumət maliyyəçisini itirə bilər”, - deyə nəşr yazır.

Qeyd edilir ki, ABŞ-ın illik üzvlük haqqı ÜST-nın əsas illik büdcəsinin təxminən dörddə birini təşkil edir. Bu rəqəm 163-816 milyon dollar arasında dəyişir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 noyabr 2024, 17:24
Top