İsrail Beyrutun mərkəzinə zərbələr endirdi — Ölən var

DÜNYA 26 noyabr 2024, 22:42
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Livan paytaxtının mərkəzi hissəsində “Hizbullah” təşkilatının şübhəli hədəflərinə silsilə zərbələr endirib.

Demokrat.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Barbur məhəlləsində baş verən hücum nəticəsində bir sakin həlak olub, daha 6 nəfər yaralanıb.

Bir Abed, Mazraa, Talaat en Nuveyri, Hamra məhəllələrində, eləcə də şəhərin cənubundakı “Centro Mall” Lebanon ticarət mərkəzinin ərazisində raketlərin atıldığı binalarda partlayışlar qeydə alınıb. Hələlik oradan təfərrüatlar alınmayıb.

Daha əvvəl İsrail ordusunun sözçüsü “Avixay Edri” sosial şəbəkə hesabında ərəb dilində xəbərdarlıq edib ki, “Hizbullah”ın Livandakı fəaliyyətlərinə sponsorluq edən “Əl-Qard Əl-
Həssan” maliyyə və kredit assosiasiyasının ofislərinin yerləşdiyi binalara hava zərbələri endiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 noyabr 2024, 21:29
Top