"Tramp seçki öncəsi verdiyi vədlərə əməl etmədiyi halda..." — AÇIQLAMA

DÜNYA 26 noyabr 2024, 19:52
"Bayden hökumətinin Rusiyanın dərinliklərinin uzaq mənzilli raketlərlə vurulmasına icazə verməsi bəlli məqsədlərə hesablanıb. Zamanlama təsadüfi deyil. Demokratlar seçkidə uduzdu və Tramp seçki öncəsi yürüdəcəyi xarici siyasətlə bağlı açıqlamalar vermişdi. Onun seçkidən sonrakı çıxışında maraqlı məqamlar öz əksini tapdı. Anons verdi ki, Ukraynaya dəstəyi azaldacaq. Rusiya ilə münasibətlərin yumşalmasına çalışacaq. Gözlənildiyi kimi, Çin və İranla iqtisadi mübarizə ön plana çıxacaq. Beləliklə də Bayden administrasiyasının yürütdüyü xarici siyasət iflasa uğrayacaq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O bildirib ki, ABŞ-də dolların inflyasiyaya uğraması ölkə iqtisadiyyatını çətin vəziyyətdə qoyur:



"Tramp verdiyi vədləri yerinə yetirsə, respublikaçıların sonrakı dönəmdə də hakimiyyətdə qalması üçün şansları çoxalacaq. Bayden çalışır ki, Ukrayna savaşında müharibə o həddə çatsın ki, Tramp istəsə belə sülh istiqamətində addımlar ata bilməsin. Beləliklə, Baydenin yürütdüyü xarici kurs öz işini görsün. Tramp seçki öncəsi verdiyi vədlərə əməl etmədiyi halda növbəti seçkidə respublikaçılar şansını itirəcək. Müharibələrin dayandırılması, iqtisadi problemlərin aradan qaldırılması uzun perspektivə hesablanan bir strateji xətdir. Bunun reallaşması ilə Bayden və onun arxasında dayanan maliyyə strukturlarının planlarının üstündən xətt çəkiləcək. Buna görə də Bayden çalışır ki, proses Tramp prezidentlik səlahiyyətlərinin icrasına başlayanadək reallaşsın və o öz istəyinə nail olsun".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top