Fətəli xana aid olduğu iddia edilən mülklə bağlı AÇIQLAMA — VİDEO

GÜNDƏM 25 noyabr 2024, 17:27
Sosial şəbəkələrdə tarixi evin satışa qoyulması ilə bağlı elan paylaşılıb. Nabranda bir həyət evinin görüntüləri çəkilib və paylaşılıb. Satan şəxs evin Fətəli xana aid olduğunu, tarixi bir mülk olduğunu iddia edir. Evin dəyərinin 85 min manat olduğunu deyən şəxs real alıcıya endirim də təklif edir. Videogörüntüləri paylaşan şəxs onu da qeyd edir ki, 10 sotdan ibarət həyət tam sənədlidir, sənəddə göstəriləndən əlavə torpaq sahəsi də var. 

Məsələyə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında aydınlıq gətirib. O bildirib ki, ev xüsusi mülkiyyətdədirsə, satıla bilər:



“Xəbəri eşitdim, videogörüntüləri də gördüm. Tarixi ev deyil, köhnə bir evdir, ola bilsin ki, reklam xətrinə belə adlandırırlar. Amma ev xüsusi mülkiyyətdədirsə, vətəndaş onu sata bilər. Tarixi, qorunan abidələrə aid deyil, çıxarışlı əmlakdır. Kiminsə evidir, ola bilər ki, həmin şəxs nə vaxtsa o evdə qalıb, yaşayıb”.
 

Törə  Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noyabr 2024, 18:05
Top