Salyan rayonunda 1991-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Simana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fərid 2024-cü il fevralın 17-də, saat 24 radələrində sərxoş vəziyyətdə Salyan şəhər sakini məxsus, lakin hazırda Aslan adlı şəxs tərəfindən icarə müqaviləsi əsasında işlədilən "BOSS PUB" adlı kafeyə gəlib. O, həmin vaxt kafedə pivə içərək istirahət edən Salyan şəhər sakini Simanın əyləşdiyi masada onunla birlikdə əyləşərək heç bir əsaslı səbəb olmadan ona "Tik-Tok" sosial şəbəkəsində canlı yayımda söyüş söyməsi barədə əsassız iradlar bildirib.
Fərid ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib. O, əvvəlcə başı, daha sonra isə yumruğu ilə Simanın sifət nahiyyəsinə qəsdən zərbələr vurub, onu nalayiq söyüşlərlə söyüb.
Həmin vaxt kafedə olan şəxslər tərəfindən sakitləşdirilib və kafedən çıxarıldıqdan sonra idarə etdiyi “VAZ 21214” markalı avtomobildə saxladığı silah qismində istifadə olunan ov tüfəngini götürüb. O, "BOSS PUB" adlı kafeyə tərəf həmin tüfəngdən 3 dəfə atəş açıb, kafenin pəncərə şüşələrini sındırıb, kafe sahibinə 90 manat məbləğində maddi zərər vurub.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 17-də, axşam tanışı Bəhruz, Mübariz və Alimlə birlikdə Salyan şəhərindəki Cəlalın yeməkxanası adlanan kafeyə gediblər: “Orada birlikdə nahar edərkən 4 nəfərə bir litr araq içdik. Saat 24 radələrində kafedə olarkən "Tik-Tok"-da canlı yayıma qoşulan zaman tanışım Simanın da həmin vaxt canlı yayımda olduğunu, söyüşlə danışdığın gördüm. Onun oturduğu yerə baxanda Simanın həmin vaxt yaxınlığımızda yerləşən "BOSS PUB" adlı kafedə olduğunu bildik. Ona görə də Bəhruza birlikdə Simanın yanına getdik. Orada Siman ilə mübahisə etdim, onu başım və yumruğum ilə vurdum. Ətrafda olan şəxslər bunu gördülər və tez məni tutaraq sakitləşdirdilər. Sonra Pərviz adlı şəxs kafedə mübahisə edərək dalaşmamağı və oradan getməyi dedi. Ona görə də hamımız birlikdə kafedən çıxdıq. Bir qədər orada qalandan sonra öz “Niva” markalı maşınıma minərək getdim. Əsəbiləşdiyim üçün maşını "BOSS PUB" adlı kafeinin qarşısında saxlamışam və maşında olan tüfəngini götürərək havaya 3 dəfə atəş açmışam. Açdığım atəşlərdən biri kafenin 2-ci mərtəbədə yerləşən pəncərə şüşəsinə dəydi. Əslində bütün bunları sərxoş olduğu üçün etmişəm. Bilərəkdən kafenin pəncərəsinə atəş açmamışam. Tüfənglə də kimisə vurmaq istəməmişəm. Əməlimdən səmimi peşman olmuşam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Simanın sözlərinə görə, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır və özü də qaraciyər serrozundan əziyyət çəkdiyindən həkimlər ona spirtli içkiləri içməyi qadağan etsələr də, hərdən bir spitli içkilər qəbul edib: “Buna görə atam da uzun illərdir məni danışdırmır. Özüm həm də əvvəllər narkotik vasitələr qəbul etmişəm. Lakin son 3-4 ildə belə işlərlə daha məşğul olmuram. Fərid mənim bibimin qaynı oğlu olmaqla münasibətlərim həmişə yaxşı olub. Aramızda heç vaxt narazılıq, ədavət olmayıb. Bəhruzu isə əvvəldən Salyan şəhər sakini kimi üzdən tanımışam, onunla əvvəldən heç bir münasibətim olmayıb”.
Zərərçəkmiş qeyd edib ki, fevralın 17-də, axşam saatlarında Salyan şəhərində yerləşən "BOSS PUB" adlanan kafeyə gəlib və orada özü üçün pivə sifariş verib: “Sonra küncdəki masada tək oturaraq pivə içərkən telefonla "Tik-Tok"a canlı yayımla qoşuldum, oyun oynamağa başladım. Təxminən 1 saat keçmiş Fərid sonradan adını öyrəndiyim Bəhruz adlı şəxslə həmin kafeyə gəldi və mənimlə görüşəndən sonra oturduğum stolda əyləşdilər. Həmin vaxt onların hər ikisinin sərxoş olduğunu gördüm. Hal-əhval tutduqdan sonra Fərid məndən canlı yayımda nəyə görə söyüş söyməmin səbəbini soruşdu. Mən də həmin vaxt Fəridə canlı yayıma qoşulandan sonra heç bir söyüş söymədiyimi bildirdim. Lakin Fərid israrla mənə “sən söyüş söymüsən və buna görə də cavab verəcəksən” deyə bildirdi. Onun bu dediklərini qəbul etmədim. Buna görə aramızda mübahisə yaranan zaman Fərid gözləmədiyim halda qəflətən əvvəlcə başı ilə sifət nahiyyəmə bir zərbə vurdu. Sonra isə mənə tərəf yumruq zərbələri atdı. Bunu görən həmin vaxt kafedə əyləşmiş "Qəzi" ləqəbli şəxs gələrək Fəridi sakitləşdirdi və bizi ayırdı. Fəridə "ayıb deyil burada dalaşırsınız, camaat sizə baxır, gəlin düşün aşağı, mən də sizinlə düşürəm" deyə bildirdiyindən birlikdə kafedən çıxdıq, pilləkənlə aşağı düşdük. Həmin vaxt Fərid, Bəhruz və "Qəzi" ləqəbli şəxs kafenin qarşısında dayandıq. Fərid məni görən kimi üzərimə cumdu, yenə də məni vurmaq istəsə də, orada olan şəxslər bizi saxladı. Məni təkrar vurmasına imkan vermədilər. Bu barədə orada olan şəxslərdən kimsə oğluma xəbər verdiyindən oğlum dalımca gələrək məni evimizə apardı. Daha orada nə baş verməsindən xəbərim olmayıb”.
Siman qeyd edib ki, daha sonradan kafeyə kimin güllə atmasını, bunu nə məqsədlə etməsini bilməyib və bu barədə də məlumatı olmayıb: “Həmin hadisə zamanı Fərid əvvəlcə başı, sonra isə yumruqla mənə zərbələr atsa da, həmin zərbələr mənə zəif dəydiyindən heç bir xəsarət almamışam. Fəridin həmin gün nə üçün mənə sataşıb, məni vurmasının səbəbini bilməmişəm. Kafenin içərisində Fəridin mənə qarşı hərəkətləri təxminən 3-4 dəqiqə kimi, çöldə isə üzərinə hücum edərək məni vurmaq istəməsi 1-2 dəqiqə kimi davam etdi. Həmin vaxt Fərid həm də ünvanıma pis söyüşlər etdi”.
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 2 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az