Xankəndi poçt filialına lisenziya verildi — RƏSMİ

SİYASƏT 25 noyabr 2024, 09:40
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib. 

Demokrat.az bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb.

Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
12 dekabr 2024, 17:26
Top