Ukrayna ATACMS-dən istifadə etdikdən sonra danışıqlar mümkün olacaqmı? — Pentaqondan AÇIQLAMA

DÜNYA 20 noyabr 2024, 18:44
Pentaqonun keçmiş köməkçisi Stiven Brayan “Silahlar və Strategiya” məqaləsində  bildirib ki, Ukrayna tərəfinin Amerika ATACMS raketlərindən istifadə etməsi Rusiya ilə sülh danışıqlarını qeyri-mümkün edir.

Demokrat.az
xəbər verir ki, ekspertin fikrincə, ABŞ prezidenti Co Bayden münaqişəni uzatmaq və Ağ Evin seçilmiş rəhbəri Donald Trampın sövdələşməsini demək olar ki, qeyri-mümkün etmək niyyətindədir.

"ATACMS-dən istifadə ideyası təxribatdır və Bayden administrasiyası tərəfindən  Ukrayna və Rusiya arasında danışıqlara mane olmaq üçün istifadə olunur" - deyə o, bildirib.

O, həmçinin Ukraynanın ATACMS-dən istifadəsinin münaqişənin gedişinə heç bir şəkildə təsir etməyəcəyinə əminliyini ifadə edib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top