Politoloq: "Rusiya nüvə silahının istifadəsinə hazırlaşır"

HƏRBİ 20 noyabr 2024, 13:33
"ABŞ başda olmaqla Qərbi Avropa ölkələrinin Ukraynaya Rusiyanın dərinliklərini vurmaq üçün icazə verməsi daha çox gərginliyə səbəb olacaq".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Onun fikrincə, Rusiya nüvə doktrinası ilə bağlı sənədə bir müddət əvvəl dəyişiklik etmişdi:



"Qeyri-nüvə dövləti başqa nüvə dövlətinin silahı ilə Rusiyaya hücum edərsə, Rusiya nüvə silahından istifadə hüququ qazanır. Bu şübhəsiz ki, dünyada nüvə müharibəsinə səbəb olacaq amildir. Həmin doktrinanın tətbiqi ilə bağlı da Rusiya Prezidenti Vladimir Putin Sərəncam imzaladı. Nəticədə doktrina aktiv hala gətirildi. Demək olar ki, Rusiya nüvə silahının istifadəsinə hazırlaşır. Qərbin qərarından sonra Rusiyada səslər ucalır ki, qərb dövlətlərinə və Ukraynaya qarşı nüvə silahından istifadə edilsin. Bu bölgədə fəlakətə səbəb olacaq, müharibə ərazisi daha da genişlənəcək. Faktiki olaraq NATO-Rusiya münaqişəsi Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər. Çoxdanır, bu barədə rəy verilir ki, üçüncü dünya müharibəsi nüvə müharibəsi olacaq. Baxmayaraq ki, Sərəncamlar verilir, bu barədə hələlik rəsmi Moskva sakitliyini qoruyur. Hələ Vladimir Putin bu haqda açıqlama verməyib. Yanvar ayından Ağ Evə yerləşəcək ABŞ-ın yeni Prezidenti Donald Trampın da məsələ ilə bağlı açıqlamasını görməmişik. 

Görünür ki, Rusiya yanvar ayına qədər məsələni gözləmək mövqeyində dayanacaq. Rusiya mətbuatında da məlumat var ki, Putinin köməkçisi Aleksey Dümin ona məsləhət görüb ki, Tramp hakimiyyətə gələnə qədər gözləsin. Tramp bu məsələni donduracaq. Tramp dövründə gərginlik bu qədər olmayacaq. Bütün bunlar Baydenin sonuncu addımlarıdır. Son iki ayda münasibətlər daha da gərginləşə bilər". 


Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 00:12
Top