Formula 1: Maks Ferstappen sıralama turunun qalibi olub

İDMAN 20 sentyabr 2025, 18:17
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.

Demokrat.az xəbər verir ki, ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. "Uilyams"da çıxış edən Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub.

Bu gün təşkil olunan üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren” komandasının pilotu Lando Norris göstərib. Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə Lando Norris, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən Luis Hemilton birinci olublar.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2025, 17:44
Top