Neymar uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

İDMAN 20 sentyabr 2025, 14:16
"Braziliyanın "Santos" komandasının hücumçusu Neymar zədələndiyinə görə ən azı bir ay ərzində qarşılaşmalarda iştirak edə bilməyəcək".

Oxu.Az bildirir ki, jurnalist Lukas Musetti bu barədə "X" sosial şəbəkə hesabında məlumat verib.

Mənbənin məlumatına əsasən, 37 yaşlı forvard yaxın günlərdə əlavə müayinələrdən keçəcək.

Daha əvvəl Neymarın dördbaşlı əzələsini (kvadriseps) zədələdiyi bildirilmişdi.

Qeyd edək ki, Neymarın "Santos"la müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2025, 15:58
20 sentyabr 2025, 15:01
20 sentyabr 2025, 14:35
20 sentyabr 2025, 13:14
20 sentyabr 2025, 12:30
Top