"Neftçi"nin və Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Report"a 32 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
Mahmudov əzələ problemi səbəbindən yığmanın düşərgəsini tərk etdiyini bildirib:
"Əzələ gərginliyi var. Bərpa üçün 7-10 gün vaxt lazım olacaq".
Qeyd edək ki, Emin Mahmudov noyabrın 16-da Qəbələdə Estoniya, bundan üç gün sonra səfərdə İsveçlə UEFA Millətlər Liqası matçlarını buraxacaq. Onun əvəzinə komandaya “Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət alıb.