İngiltərə millisinin səkkiz oyunçusu heyətdən çıxarılıb

İDMAN 12 noyabr 2024, 10:33
İngiltərə yığmasının səkkiz futbolçusu Yunanıstan və İrlandiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan heyətdən çıxarılıb.

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, qapıçı Aaron Ramsdeyl ("Sauthempton"), müdafiəçilər Trent Aleksander-Arnold ("Liverpul"), Levi Kolvill ("Çelsi"), yarımmüdafiəçilər Fil Foden, Cek Qriliş (hər ikisi "Mançester Siti"), Koul Palmer ("Çelsi"), Deklan Rays və Bukayo Saka (hər ikisi "Arsenal) millinin heyətindən çıxarılıblar.

Onların əvəzinə qapıçı Ceyms Trafford ("Bernli"), müdafiəçilər Carred Brantueyt ("Everton"), Tino Livramento ("Nyukasl"), yarımmüdafiəçi Morqan Rocers ("Aston Villa"), və hücumçu Carrod Bouen ("Vest Hem") yığmaya cəlb ediliblər.

Qeyd edək ki, İngiltərə millisi noyabrın 14-də Yunanıstan, üç gün sonra İrlandiya ilə üz-üzə gələcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 noyabr 2024, 00:09
Top