Azərbaycanı İƏT-in qeyri-rəsmi zirvə toplantısında səfir təmsil edəcək

XARİCİ SİYASƏT 11 noyabr 2024, 11:45

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Ər-Riyadda keçiriləcək qeyri-rəsmi zirvə görüşündə səfir səviyyəsində təmsil olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev iştirak edəcək.

Qeyd edək ki, toplantıda Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top