Azərbaycanda insan alverində təqsirləndirilən qadın AXTARIŞA VERİLDİ

KRİMİNAL 09 noyabr 2024, 21:00

Azərbaycanda qadın insan alverində ittiham olunaraq, barəsində axtarış elan olunub.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Astara rayon sakini Vüsalə Raqib qızı Şiriyeva insan alverində təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanıb.

Vüsalə Şiriyevanın tutularaq, istintaqa cəlb edilməsi üçün barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən axtarış elan olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:01
Top