İndi Qarabağ torpağında separatçıların izi, tozu da qalmayıb — Ali Baş Komandan

GÜNDƏM 08 noyabr 2024, 12:28
Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik.

Demokrat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirib.

Vacib yüksəklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibətinin bəlli olduğunu söyləyən dövlət başçısı onlara seçim verildiyini və yenə də düzgün qərar qəbul etmədiklərini vurğulayaraq deyib: “2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi isə Qarabağ torpağında separatçıların izi, tozu da qalmayıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top