"Bu ciddi problemdir. Xüsusilə, Bakı şəhərində gəzərkən şəhərin sanki Azərbaycana aid olmadığını görürsən. Artıq şəhərdə Azərbaycan dilində hansısa obyektə rast gəlmək olmur, obyektlərin 99 faizi Avropa dillərində qoyulan adlardır. Bununla özlərini üstün, müasir göstərməyə çalışırlar. Dünyanın heç bir yerində əcnəbi dilə bu qədər üstünlük verildiyi görülməyib. Hər hansı bir obyektin fəaliyyəti verdiyi xidmətlə, məhsullarının keyfiyyəti ilə ölçülməlidir. Adı nə olursa, olsun heç nə dəyişmir. Təəssüf ki, bunu bizim sahibkarlara başa salmaq olmur. Sanki əcnəbi ad üstünlük deməkdir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.
O deyib ki, doğru düşünə bilən xalq belə yeriələri boykot etməlidir, əməkdaşlıq etməməlidir:
"Müvafiq dövlət orqanları Azərbaycan Konsititusiyası qanunlarını yerinə yetirməlidirlər. Azərbaycan dilində olmayan obyektlər ləğv edilməli, adları dəyişdirilməlidir. Ölkəmizdə müəssisə adları ana dilində olmalıdır. Yalnız beynəlxalq mağazalar və.s öz adlarından istifadə etməlidir.
Üstəlik həmin yerlərdə göstərilən xidmətlər, təkliflər də ana dilində olmalıdır. Biz bəzən marketdən verilən ödəniş qəbzinə baxdıqda belə hansı dildə yazıldığını başa düşmürük. 20 məhsuldan 18-inin adı belədir. Yalnız qiymətə baxanda bilmək olur hansı məhsuldur. Xalqımız sanki öz ana dilinə nifrət edir. Belə olan halda dövlət qurumları tədbir görməlidir. Milli mədəniyyətimiz, dilimiz qorunmalıdır. Bu gün Azərbaycana gələn hər hansı turist özünü Azərbaycanda yox, İngiltərədə hesab edir".
Sosioloq qeyd edib ki, öz sözlərimizi də xarici dilə çevirməyə çalışıb, gülünc hala salırlar:
"Ucqar kəndlərdə belə bərbərxanaların adı "Barber-shop" olub. Bu nə deməkdir?
Qanunlara əsasən müəssisənin adı Azərbaycan dilində yazılmalı, yanında xırda hərflərlə əcnəbi dildə qeyd edilməlidir.
Bir xalq necə öz mədəniyyətinə bu cür nifrət edə bilər?
Bunun səbəbi araşdırılmalıdır. Xalq dilini sevmirsə, dövlət orqanları tədbir görsün. Bu biabrçılığa son qoymalıyıq. Bütün milliliyimizi itirmişik".
Əfsanə Kamal
Demokrat.az