Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir və bu ölkələri strateji tərəfdaşlar hesab edir.
Demokrat.az “Report”a istinadən xəbər verir ki, Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderlərinin Kazanda BRICS sammiti çərçivəsində görüşməsini, regionda davamlı sülh və millətlərarası razılığın əldə edilməsinə dair prinsipial məsələlər üzrə faydalı söhbət aparmalarını alqışlayıb:
"Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, dayanıqlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh sazişi üzərində işdə, sərhədlərin delimitasiyasında, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında dəstək göstərəcəyik", - deyə V.Putin qeyd edib.
Prezident Azərbaycan və Ermənistanın yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində onu da əlavə edib ki, Azərbaycan və Ermənistan Rusiyanın ən yaxın qonşuları və dostlarıdır.
Prezident Putinin açıqlamasını Demokrat.az-a şərh edən siyasi şərhçi Fuad Abbasov deyib ki, Rusiya dövləti Çar dövründən bu yana Qarabağ məsələsini ermənilərlə azərbaycanlılar arasında təzyiq mexanizmi olaraq Qafqazda hökmranlığını davam etdirmək üçün istifadə edib:
“Bu, Çar Rusiyasında da, Sovet İmperiyasında da, Rusiya Federasiyasında da özünün büruzə verib. Bugünkü gündə də bu siyasət dəyişməyib. Rusiya sadəcə olaraq tərəfləri dəyişib. Əvvəllər Azərbaycana qarşı Ermənistanı istifadə edirdisə, indi Ermənistana qarşı Azərbaycanı istifadə edir. Ermənistan rəhbərləri də bunu çox yaxşı başa düşürlər. Ona görə dş özlərinə başqa himayədar axtarırlar. Bu himayədarlar da gah Fransa, gah Amerika, gah Kanada, gah da başqa dövlətlər olur.
Rusiya da başa düşür ki, Ermənistan onun orbitindən çıxaraq başqa ölkələrin istifadə edə biləcəyi bir subyekt halına gələcəksə, onun geri dönüşü çox çətin olacaq. Və Rusiya bölgədə hökmranlığını davam etdirmək üçün sülh müqaviləsinin imzalanmasını tələsdirir, Ermənistanın dostu rolunda çıxış edir. Ermənistan da bunu başa düşərək sülh müqaviləsini imzalamağa tələsmir. Xaricdəki havadarlarından təlimatlar gözləyir. Nəticə etibarilə Azərbaycançün qırmızı xətt olan konstitusiya dəyişikliyinə hələ də getmir. Referendum elan edildiyi gün sülh müqaviləsinin imzalanması üçün real addımın atıldığının şahidi olacağıq, amma hələ ki bu baş verməyib”.
Törə Zeynallı
Demokrat.az