"Şimali Koreya öz ordusunu artıq Rusiyaya göndərib. Ordunun Kurskda olduğu bildirilir. Bu barədə Ukrayna mediası məlumat verib. Zelenski də bu barədə açıqlama verib ki, yaxın günlərdə ordu Ukraynaya girəcək. Bu müharibənin gedişinə ciddi şəkildə təsir göstərəcək. Şimali Koreyada şəxsi heyət kifayət qədər çoxdur. Onlar, xüsusi təlim görmüş şəxslərdir. Silah təchizatlarının da yüksək səviyyədə olduğu bildirilir. Ukraynanın vəziyyəti ağırdır. Mövqelərini itirir".
Demokrat.az xəbər verir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev deyib:
"Prezident Zelenski bütün variantlardan istifadə edərək Şimali Koreya ordusunun ölkəsinə gəlməsinin qarşısını almağa çalışır. Hazırda Ukraynanı bu məsələdə sadəcə Yaponiya və Cənubi Koreya müdafiə edir. Ancaq bu ölkələrin Şimali Koreyaya təsiri güclü deyil. Şimali Koreyaya təsir edə bilən iki ölkə var. Rusiya və Çin. Rusiya ilə hərbi əməkdaşlığı olsa da, ərzaq təminatı olaraq Çindən asılıdır".
Politoloqun sözlərinə görə, Zelenski çalışacaq ki, rəsmi Pekinin əli ilə prosesə təsir etsin. Bununla da o, Ukraynaya Koreyadan əsgər göndərilməsinin qarşısını almağa çalışacaq. Açıq olmasa da, ehtimaldır ki, artıq danışıqlar gedir. Zelenskinin buna nail ola bilməsi sual altındadır.
"ABŞ-da gərgin prezident seçkiləri ərəfəsidir. Ukrayna əhalisi Trampın qalib gələcəyindən ciddi narahatlıq keçirir. Çünki Trump Rusiya ilə dialoqa meyilli şəxsdir və Ukraynaya dəstəyi kəsə bilər. Digər yandan Şimali Koreya ordusunun gəlməsi vəziyyəti daha da gərginləşdirə bilər. Hazırda Çin aparıcı rol oynayır. Çin Rusiya və Ukrayna müharibəsinin taleyinə təsir edəcək qərar verə bilər".
Əfsanə Kamal
Demokrat.az