ŞAD XƏBƏR! Bu şərtlərlə aldığınız mənzildən ƏDV geri qaytarılacaq...

SOSİAL 04 noyabr 2024, 16:00
İnkişaf etmiş ölkələrdə nağd şəkildə alışlar demək olar ki, ləğv edilib. Azərbaycan da bu yolda iri addımlarla hərəkət edir. Vətəndaşları nağdsız alışa həvəsləndirmək üçün Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, 2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Bu dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı"nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır.

Bəs alış qiyməti daşınmaz əmlak, avtomobil və s. kimi çox pul tələb edən vasitələr necə?

Onlardan da ƏDV almaq mümkündürmü?

Vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, əlavə dəyər vergisi məhsulların dəyərinə əlavə edilən vergidir. 



Onun sözlərinə görə, bu vergi həmin məhsulu alan şəxs tərəfindən dövlətə ödənilir:

"Ödənilən ƏDV-nin bir hissəsi vətəndaşa geri qaytarılır. ƏDV-nin hesablanma qaydası da sadədir. 
ƏDV adətən geyim, ayakkabı, elektronika məhsullarından tutulur. Un məmulatları, kənd təsərrüfatı məhsulları, sənaye xidmətləri, ixrac olunan məhsullar ƏDV-dən azaddır. Dəyişikliyə əsasən avtomobil, alkaqollu içkilər, tütün məmulatları da ƏDV-ə tabe edilir".

Vəkil qeyd edib ki, yeni tikilmiş binadan yaşayış və ya qeyri-yaşayış sahəsi almısınızsa, ƏDV ala biləcəksiniz:

"Ancaq bunun müəyyən şərtləri var. MTK-dan mənzil alınan zaman pulu bank hesabına nağdsız şəkildə köçürməlisiniz. Bina tikilib tam təhvil verilməlidir. Bu zaman ƏDV-nin 30 faizi sizə geri qaytarılır. Bu imkandan yararlanmaq istəyən vətəndaşlar AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portalında qeydiyyatdan keçməlidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top