Sərbəst bazar iqtisadiyyatının mövcudluğu daşınmaz əmlakın kirayəsində problemlər yaradır. Həmin problemlər elə məhz kirayəçilər tərəfindən dilə gətirilir. Əmlak sahibinin məbləği danışılandan çox istəməsi, şəhərə yaxındır deyə real olmayan qiymətlərin istənməsi və.s əsas problemlərdəndir.
Kirayə bazarında qiymətlər necə tənzimlənir?
Problemlə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc Demokrat.az-a danışıb:
"Daşınmaz əmlak bazarının kirayə seqmenti ilk növbədə bazarla müəyyənləşir. Daşınmaz əmlak bazarını tərəflərarası razılaşma müəyyən edir. Həmin razılaşmalar da bazar qiymətlərini təyin edir. Lokal xarakterli iqtisadi hadisə də, makroiqtisadi hadisə də prosesə təsir edir. Ancaq qiymətin müəyyən edilməsi bazarın diqtəsidir. Qiymətlərin fərqli olması, artımı ümumi iqtisadi vəziyyətin və tərəflərarası münasibətlərin nəticəsidir".
Ekspert vurğulayıb ki, kirayə verən şəxsin qiyməti sonradan qaldırması problemi yalnız müqavilə əsasında həll oluna bilər. İki tərəf arasında maddi proseslər müqavilə əsasında olmalıdır.
"Müqavilə yoxdursa, qarşı tərəfin qiyməti dəyişməsinə təsir etmək mümkün olmayacaq. Müqavilə varsa, həmin müddət ərzində tərəflər öhdəliklərini yerinə yetirməlidir.
Əmlak sahibi şifahi halda evi sizə 500 manata verirsə, gələn ay 600 manata qaldırmaması barədə öhdəlik daşımır. Müqavilə ən real faktdır. Bu halda hər hansı dövlət qurumunun da qiymətə təsir etməsi mümkün deyil.
Ölkəmizdə çox zaman müqavilədən istifadə olunmur. Çünki əmlak sahibi 14%-dək əmlak vergisinə tabe tutulur. Bu həm əmlak sahibi, həm də kirayəçi şəxs üçün arzuolunmazdır.
Sonradan yaranacaq problemlərin qarşısını almaq üçün müqavilə başğlanmalı, dövlətin vergisi ödənilməlidir".
Əfsanə Kamal
Demokrat.az