Azərbaycanda bu şəxslər üçün qaz və elektrik limiti ləğv edilə bilər

SOSİAL 04 noyabr 2024, 11:02
Milli Məclisin iclası zamanı bəzi sakinlər, o cümlədən dağ kəndlərində yaşayan vətəndaşlar üçün qaz və elektrik limitinin ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Demokrat.az  
BAKU.WS-ə istinadən xəbər verir ki,  belə bir təkliflə deputat Əli Məsimli çıxış edib.

Millət vəkili bildirib ki, dağ kəndlərində hava soyuq keçdiyi üçün qazdan istifadə çoxalır və limitin tətbiq olunması vətəndaşların büdcəsinə ziyandır:

"Qaz və eleketrik enerjisi limiti məsələsinin aradan qaldırılmasını vacib hesab edirəm. Fikrimcə, bu dövlətə maliyyə yükü olmayacaq. Sadəcə dağ kəndlərində yaşayanların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru çox yaxşı addım olacaq".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top