Noyabrın 11-də Bakıda dünyanın iqlim problemlərinin müzakirəsi və həll yollarının tapılması üzrə ən böyük tədbiri olan COP29-a start veriləcək. Qlobal tədbirə ev sahibliyi edəcək paytaxtımıza 50 minə yaxın qonaq gələcək. Tədbir zamanı gündəlik 40 minə yaxın qonağın qarşılanması üçün infrastruktur mövcuddur, noyabrın 22-nə qədər davam edəcək tədbirdə ümumilikdə 80 min insan iştirak edəcək.
Bu, təbii olaraq, Bakıda sıxlığın yaranacağı da deməkdir. Lakin hökumət tərəfindən bununla bağlı müəyyən qərarlar qəbul edilib.
- Dövlət orqanlarında çalışanların 70 faizi məsafədən işləyəcək.
- Ali təhsil müəssisələrində təhsil distant rejimə keçəcək.
- Orta məktəblərdə payız tətilinin müəddi uzadılıb.
Bu tədbirlər həm sıxlığın qarşısının alınması, həm də on minlərlə qonağın COP29-da iştirak etməsi imkanlarını artırır. Lakin qlobal tədbirin təşkili məsələsində vətəndaş mövqeyinə də ehtiyac var, çünki COP29 Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə, eləcə də dünyamızın ekoloji problemlərinin həllinə mühüm töhfə verəcək. Bəşəri dəyərlər hər bir vətəndaşın bu prosesə dəstəyini zərurətə çevirir.
Vətəndaşlar nə edə bilər?
COP29 zamanı vətəndaşların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Yəni vətəndaşların hərəkəti könüllüdür. Bu, həm də əslində istirahət üçün yaxşı fürsət deməkdir. Çünki 8, 9, 10, 11, 12, 13 noyabr tarixləri bayram və qeyri-iş günləridir. Vətəndaşların bu fürsətdən yararlanaraq, regionlara səfər etməsi imkanı var. Bununla həm gəzə, həm istirahət edə bilərlər.
Digər tərəfdən, ali təhsil müəssisələrində təhsilin distant olması regionlardan olan tələbələrin evlərinə getməsi, dərslərə onlayn qaydada qoşulması imkanı yaranıb. Orta məktəblərin payız təhsili isə valideynlərə regionları gəzmək və istirahət etmək fürsəti yaradır.
İş yerlərində 70 faiz əməkdaşın məsafədən işləməsi, ali təhsil müəssisələrində distant rejimin tətbiqi və orta məktəblərin tətildə olmasını nəzərə alsaq, COP29 dövründə vətəndaşların regionlara səfər etməsi və paytaxtın sıxlığından xilas olması üçün ələdüşməz şans yaranıb. Bu, həm vətəndaşların istirahət etməsinə, həm paytaxtdakı sıxlığın azalmasına, həm də regional turizmin inkişafına imkan verir. Bölgələrdə otellər və istirahət mərkəzləri də daha münasib qiymətlərə daha keyfiyyətli xidmət təqdim edərək, fürsətdən yararlana bilər.
Vaqif Hüseynli
Demokrat.az