"Çalışırlar ki, Azərbaycanın imicini qara boyalarla təsvir etsinlər" — Politoloq

GÜNDƏM 01 noyabr 2024, 15:40
""Vaşinqton Post" Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak edən mətbu orqanlarından biridir. Britaniyanın "Qarden", "Fiqaro" və.s kimi mətbu orqanları da bu sıradadır. Biz artıq öyrəncəliyik. Böyük hadisələr ərəfəsində hamısı Azərbaycanla bağlı özünəməxsus tərzdə işlər görməyə başlayır. Halbuki Azərbaycanın onlara heç bir mənfi təsiri olmayıb. Buna baxmayaraq çalışırlar Azərbaycanın imicini qara boyalarla təsvir etsinlər. Ən başda qələbəmizi bizə bağışlaya bilmirlər. Digər yandan COP29-la bağlı qısqanclıqlar olur. "Vaşinqton Post"-da David İgnatius adlı yazar var. O, erməni əsillidir. Bizə soyuq küləklər əsən, zəhərli oxlar gələn hər yerdə ermənizm var. Həmin adam tək deyil. Lobbiçilik qüvvələri də həmin adamların arxasında dayanırlar".

Demokrat.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov Azərbaycana COP29-la bağlı olan qarayaxma kampaniyasını şərh edərkən deyib.

Politoloq bildirib ki, COP29-dan sonra da bu işlər davam edəcək:

"Onlar COP29-u bizə qadağan sayırlar. Düşüncələrinə görə atmosferi çirkləndirən neft-qaz mədənləridir. Bizə elə hücum edirlər ki, sanki günahımız var.İndi də deyirlər ki, Avropa gərək Azərbaycanın qazından imtina etsin. Avropa İttifaqı Azərbaycandan xahiş etdi ki, qaz hasilatını artıraq. Rəsmi Brüssel bizdən xahiş edir ki, ixracı artıraq. Bir yandan da imtina etməliyik deyilir. Belə bir anormal vəziyyət yaranıb".

O, vurğulayıb ki, COP bizim problemimiz deyil, dünyanın problemidir. Tədbir bizim deyil, BMT-nin tədbiridir. Bizə hücum edənlər bunları nəzərə almırlar:

"Azərbaycanın irimiqyaslı tədbir keçirmək üçün  çox yaxşı təcrübəsi var. Bunları qarşı tərəflər anlaşılmayan allergiya ilə qarşılayırlar. Özləri üçün pis edirlər. Təzyiqlər, müdaxilələr bizi yolumuzdan döndərə bilməyəcək. Azərbaycanın imici artıq dünyada bəllidir. Biz islahatpərəst ölkəyik. Dünya bazarına çıxardığımız neft,qaz və digər məhsullar, tranzit imkanlarımız ən azı 10-15 ölkəyə xeyir gətirir. Enerji daşıyıcıları sahəsində həm istehsalçıyıq, həm də tranzit ölkəsiyik. İtaliya kimi tərəfdaşlarımız artıq  ATƏT səviyyəsində Azərbaycanın müdafiəsinə qalxır. İtaliyanın Xarici İşlər Nazirinin nümayəndəsi bildirdi ki, artıq Azərbaycanın səsinin susdurulması düzgün deyil, ədalətsizdir. Çünki Azərbaycan Avropa ilə inteqrasiya siyasətində çox fəaldır. Və onlarla bu cür siyasətçi Azərbaycanın dəyərini verirlər. Biz dünya birliyi qarşısında çox faydalı bir oyunçuyuq. Bizi nahaq yerə şərləmək düzgün deyil".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top