"Kənandan boşandın?" şərhinə belə reaksiya verdi: Boşanıb səni... — VİDEO

ŞOU-BİZNES 31 oktyabr 2024, 08:37

Müğənni Aygün Mahmudovanın qayınanasının yazdığı şərh sosial media seqmentində viral olub.

Demokrat.az olay-a istinadən xəbər verir ki, sənətçi "TikTok"da qayınanasının oğlu, rejissor və aktyor Kənan Mahmudovla bağlı dilə gətirdiyi sözləri izləyiciləri ilə bölüşüb.

Belə ki, canlı yayımda Aygünə izləyicilərdən biri "Kənandan boşandın?" sualı verib. Aygünün qayınanası isə ona cavabında "Niyə narahatsan? Boşanıb səni alacaq?" sözlərini yazıb.

Həmin an Mahmudova qayınanasının yazdığı sözləri oxuyaraq qürurlanıb və həmin sualı verən izləyicini qara siyahıya atdığını bildirib.

Qeyd edək ki, Aygün və Kənan cütlüyünü üç övladı var.




 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top