AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib

İNFRASTRUKTUR 30 oktyabr 2024, 10:28
"Azərbaycan Hava Yolları" QSC (AZAL) və “Türk Hava Yolları” (THY) arasında biznes tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib.

Demokrat.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, THY-nin İnsan resursları üzrə baş direktoru Abdulkerim Çayın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. Səfər çərçivəsində qonaqlar AZAL-ı ziyarət edib və qurumun rəhbər heyəti ilə görüşüb.

AZAL-ın prezidenti Samir Rzayevin iştirakı ilə baş tutan görüş zamanı təcrübə mübadiləsi aparılıb və biznes sahəsində tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Qurum nümayəndələri gələcək birgə layihələr, kadr ehtiyatı və təlim imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti Milli Aviasiya Akademiyasını (MAA) da ziyarət edib. MAA-nın “IATA Təlim Mərkəzi”ndə Akademiyanın rektorunun köməkçisi Gülnarə Əhmədova və I prorektor Ədalət Səmədovun iştirakı ilə görüş keçirilib. Qonaqlar MAA-nın Tələbə Şəhərciyi, tədris korpusları, təlim mərkəzləri və Trenajor Təlim Mərkəzi ilə tanış oldular.

"Bu səfər, Azərbaycan və Türkiyə arasında aviasiya sahəsində əməkdaşlığı daha da möhkəmləndirmək üçün önəmli addımlardan biri oldu!", - deyə məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top