Türkiyə Prezidenti İsraili regional münaqişəyə başlamaqda ittiham edib

REGİON 26 oktyabr 2024, 19:30
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-na keçən gecə İrana hücum edən İsraili regional miqyasda münaqişəyə başlamaqda ittiham edib.

O bu barədə ölkənin cənub-şərqindəki Hatay vilayətində bildirib.

“Qərb gücləri tərəfindən təqdir edilən İsrail hökuməti regional münaqişənin qaynağını yandırmağa çalışır. Ümid edirəm ki, bu oyun baş tutmayacaq”, - deyə Ərdoğan qeyd edib.

Bundan əvvəl İsrailin İrana zərbələri Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən pislənərək, bu hücumla Təl-Əvivin bölgəni daha böyük müharibənin astanasına gətirdiyini vurğulamışdı.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top