Türkiyədə uşaq ölümləri səbəbilə 10 klinikanın fəaliyyəti dayandırılıb. Ölkə mətbuatının yaydığı məlumata görə, həkimlərin yeni doğulmuş körpələrə yanlış diaqnozlar qoyaraq təcili yardım şöbələrindən özəl klinikalara yönləndirilməsi və bununla qanunsuz gəlir əldə etdikləri üzə çıxıb. Həmin tibb müəssisələrində yeni doğulmuş uşaqlara lazımi səviyyədə qayğı göstərilməyib ki, bu da bəzi hallarda uşaqların ölümünə səbəb olub.
Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib.
Son dövrlər Azərbaycanda da uşaq ölümlərinin sayı ictimaiyyətdə narahatlığa səbəb olub. Rəsmi məlumatlara görə, ötən il ölkədə 2 min 39 bir yaşadək körpə ölümü baş verib və bunun 1317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 min 395 olub ki, bunun da 1329-u oğlan, 1066-sı qızdır.
Həmçinin, 531 körpə ölü doğulub. Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 837 döl təşkil edib. Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dır.
Azərbaycanda körpələrin ölüm səbəbi araşdırılırmı? Ölüm halları əsasən hansı səbəbdən baş verir?
Mövzuya münasibət bildirən pediatr Vaqif Qarayev Bizim.Media-ya deyib ki, bir yaşına qədər uşaqların ölüm sayı ölkənin səhiyyə durumunun göstəricisidir:
“Bütün ölkələrdə erkən uşaq, yəni bir yaşına qədər olan uşaqların ölümü deyilən anlayış var. Bu, ölkədə səhiyyənin durumunu göstərən rəqəmdir. Səhiyyə, tibbi xidmət yaxşıdırsa, erkən uşaq ölümü az olur.
Uşaqlar erkən yaşda əsas tənəffüs sistemi, mədə-bağırsaq, mərkəzi sinir sistemi, genetik xəstəliklər səbəbindən ölürlər. Bu sadaladığım sistemlər erkən yaşda tam mükəmməl olmur və uşaqlar xəstəliyə çox meyil edirlər. Xüsusilə, uşaq orqanizmi infeksion xəstəliklərə daha çox meyilli olur. Biz də yaxşı və ya pis olaraq fərqlənmirik, yəni ölkəmizdə də uşaqlar sadalanan xəstəliyə görə həyatlarını itirirlər”.
Həkim uşaq ölümləri səbəbindən danışarkən azərbaycanlıların həkimə gec müraciət etməsini də xüsusi vurğulayıb:
“Bizim özümüzün “özəl” xüsusiyyətimiz var, bu da həkimə gec müraciət eləməkdir. Nəinki regionlarda, Bakının özündə də həkimə gec müraciət edirlər. Uşaq orqanizminin müqavimət sistemi tam formalaşmadığı üçün ağırlaşma verir. Misal üçün, pnevmoniya vaxtında müdaxilə olunmasa ölümcül olur. Mədə-bağırsaq infeksiyaları da həmçinin, yəni vaxtında müdaxilə olunmasa, qusma və ishaldan uşaq orqanizmi susuzlaşır və ölümə doğru gedir”.
O, uşaqların sağlam olması üçün bir neçə müayinənin vaxtında aparılmasının vacibliyini qeyd edib:
“İrsi-genetik xəstəliklər də son vaxtlar həddindən artıq çoxalıb. Artıq uşaqlar xəstə doğulurlar. Bunun müzakirəsi illərdi gedir. Son vaxtlar qohum evlilikləri ilə bağlı böyük bir ajiotaj yaşandı və qanunla qan qohumlarının nikahını qadağan elədilər. Biz sağlam uşaq əldə etmək istəyiriksə, bunlardan uzaq durmalıyıq. Sonra yeni doğulanların 3-7-ci günündə edilən daban testi müayinəsi var ki, bu testdən keçmək vacibdir. Bu müayinə icbari tibbi sığorta hesabına aparılır. Bu müayinə ilə bir çox xəstəlik vaxtında aşkar olunur və həmin xəstəliklərin proqressiv inkişafının qarşısı alınır. Ən azından uşaq ölümdən qurtarır, yaxşılaşma və sağalma baş verir”.