Su probleminin həlli kənd təsərrüfatını inkişaf etdirəcək — Ekoloq

SOSİAL 21 oktyabr 2024, 20:20
Azərbaycanda son illərin ən aktual ekoloji problemlərindən biri su problemidir. Xəzər dənizinin geriyə çəkilməsi, mövcud su ehtiyatlarından səmərəsiz istifadə, içməli suyun israf edilməsi və Azərbaycana axan çaylardan su götürmələrinin çoxalması nəticəsində ölkədə su qıtlığı yaşanır. Su qıtlığı təsərrüfatda da hiss olunur. Əkin sahələrini suvarmaq üçün kifayət qədər su çatışmadığından fermerlər məhsuldarlıqla bağlı problemlər yaşayırlar. Su probleminin həlli üçün yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif təkliflər irəli sürülür. 

Demokrat.az- açıqlamasında mövzuya münasibət bildirən Ekoloq Ənvər Əliyevin sözlərinə görə, ölkədə ən təmiz və minerallarla zəngin su Kiçik Qafqazın suyudur:

“Xəzərin ən çirkli suyunu təmizləməkdənsə, Bakıya Volqanın təmiz suyunu çəkmək daha sərfəlidir. Söhbət nisbi təmizlikdən gedir. Axar sular 100 km sonra özünü asılqanlardan təmizləyə bilir. Özümüzüdə olan su ehtiyatları ilə əhali sayımızdan iki çox əhalini təmin etmək olar. Ancaq düzgün istifadə edə bilsək. Belə olan halda niyə ən çirkli suya pul xərcləməliyik”.

Ekspert hesab edir ki, su probleminin həlli kənd əhalisinin yaşayışını da yaxşılaşdıracaq:

“Mən vaxtı ilə milyon tonlarla üzüm, yüz min tonlarla pambıq, eləcə də barama, tütün və s. bu kimi məhsullar yetişdirib, zəhməti hesabına firavan həyat sürən qürürlu kənd camaatının hazırkı durumunu qəbul edə bilmirəm. Bəli, biz kənd təsərrüfatımızın strukturunu tamamilə dəyişdirib yenidən yalnız kəndlərimizin potensialı hesabına yüksək nəticələr əldə edə bilərik. Bu həm də milyonlarla kənd əhalisinin doğma kəndlərinə dönməsi deməkdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 noyabr 2024, 09:21
Top