"Apple" dünyanın ən yaxşı neyron şəbəkəsini yaratmağa qərar verib

İKT 21 oktyabr 2024, 18:42
Apple dünyanın ən qabaqcıl süni intellektini (AI) yaratmaq niyyətindədir.

Demokrat.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tim Kuk “Wall Street Journal”a  müsahibəsində  bildirib.

Kukun sözlərinə görə, "Apple"ın neyron şəbəkəsi artıq şirkətin texnologiyasının istifadəçiləri üçün ən yaxşısıdır, lakin ekspertlər süni intellektini təkmilləşdirdikdə, o, dünyanın ən yaxşısı olacaq.

“Məlum olduğu kimi, həqiqətən yaxşı bir neyron şəbəkəsi yaratmaq həqiqətən çətindir. Bu, çoxlu təkrarlama tələb edir. Hər bir təfərrüat üçün narahat olmaq lazımdır”, - deyə Apple rəhbəri şirkətin süni intellekt bazarında birincilər arasında olmamasının səbəbini izah edib.
Kuk “Apple” neyron şəbəkəsindən istifadə ilə bağlı təəssüratlarını da bölüşərək, bunun sayəsində çox vaxta qənaət etməyə başladığını qeyd edib.

Oktyabr ayında MacRumors, Apple-ın qarşıdan gələn iOS 18.1 və sonrakı yeniləmələrə yeni Apple Intelligence AI xüsusiyyətlərini təqdim etməyə hazırlaşdığını bildirib.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top