"Azərbaycana mesajlar ötürmək əvəzinə Ermənistana da təzyiqlər olunsun" — Politoloq

GÜNDƏM 21 oktyabr 2024, 18:26
“ABŞ Cənubi Qafqazda təhlükəsizliyin, sülh və sabitliyin qorunmasında maraqlı tərəfdir. Bu xüsusda müxtəlif təşəbbüslər də irəli sürülür. ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin Azərbaycana səfəri xüsusi əhəmiyyət  kəsb edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. İ.Hüseynov qeyd edib ki, Karpenterin Preident İlham Əliyevlə görüşü zamanı sülh müqaviləsinin imzalanması müzakirə olunub:

“ABŞ Prezidenti Co Baydenin məktubu da xüsusi dəqqət çəkir. Burada Cənubi Qafqazda sülh və təhlükəsizlik sisteminin qurulmasına dair müxtəlif norativlər yer alır. Hesab edirəm ki, sülh müqaviləsini imzalamaq üçün tarixi fürsət var, lakin Azərbaycanın tələbləri də kifayət qədər ciddidir və beynəlxalq hüquqa söykənir. Bu tələblər yerinə yetirilməyincə aralıq sülh müqaviləsinin imzalanması da məqsədəuyğun deyil, lakin ABŞ bu məsələdə israr edir. COP29 öncəsi ölkəmizə diqqətlər böyükdür. Bunu nəzərə alaraq ABŞ sülh müqaviləsi imzalanmasını tarixi fürsət kimi nəzərdən keçirir. Yaxşı olardı ki, Azərbaycana mesajlar ötürmək əvəzinə Ermənistana da təzyiqlər olunsun və Azərbaycanın haqlı tələbləri yerinə yetirilsin, sülh daha real və mümkün olsun”.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Bakıda Prezident İlham Əliyevlə görüşüb. O, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu və ABŞ-nin də bu prosesi dəstəklədiyini deyib.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top