Naxçıvanda 17 yaşlı qızın ərə verilməsinin qarşısı alındı

SOSİAL 17 oktyabr 2024, 15:38
Naxçıvanda növbəti dəfə erkən nikaha cəhdin qarşısı alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Muxtar Respublikanını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Hadisə Şərur rayonunda baş verib. Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 1996-cı il təvəllüdlü İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə toy mərasiminin qarşısı alınıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top