Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" — FOTOLAR

GÜNDƏM 15 oktyabr 2024, 14:13

İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi bir illiyi münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşəbbüsü “Tarixi ədaləti bərpa edən lider” adlı tədbir keçirilib. Tədbirdə sabiq təhsil naziri Misir Mərdanovla keçmiş deputat Şahlar Əsgərov da iştirak ediblər.
 

Şahlar Əsgərov 1995-2005-ci illərdə Milli Məclisin deputatı, 2000-2005-ci illərdə isə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub. O, deputat olduğu zamanlar təhsil naziri Misir Mərdanovu sərt tənqid edən çıxışlar edib. Eləcə də Misir Mərdanovun ona qarşı tənqidləri olub.
 

Hər iki ictimai şəxsin arasındakı münasibətlər sonralar da soyuq olub. Ötən gün keçirilən tədbirdə isə Misir Mərdanovla Şahlar Əsgərovun yan-yana oturması maraq doğurub.
 

Demokrat.az xəbər verir ki, Modern.az-ın əməkdaşı Şahlar Əsgərovla əlaqə saxlayıb.
 

O bildirib ki, Misir Mərdanovla aralarında şəxsi problem yoxdur:
 

"Misir müəllimi tənqid edəndə şəxsi mənafeyimə görə tənqid etməmişəm. Onu ictimai mənafe baxımından tənqid etmişəm. Nazirlik etdiyi vaxtlarda Misir müəllimin işi də çətin idi. Həm Qərbi Azərbaycandan, həm də Qarabağıdan müəllimlər ordusu Bakıya köçmüşdü. Bunlar iş tələb edirdilər. Bu iş də məhdud olduğu üçün Misir müəllim çox çətin vəziyyətdə işləyirdi. Ona görə mən onu, o da məni tənqid edirdi. Bizim aramızda şəxsi problemimiz yoxdur. Misir müəllimin mənə, mənim də Misir müəllimə böyük hörmətim var. Bizim davamız ictimai mənafeyimiz üzərindən gedirdi. Misir müəllim xeyirxah adamıydı, "Yox" deyə bilmirdi. Bu isə təhsilin keyfiyyətinə müsbət təsir etmir. Deməli, burada xeyirxahlıqla davranmaq elə də doğru deyil".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top