Bakının Sabunçu rayonunda 1980-cı il təvəllüdlü Bəhram şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızı Ləmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Bəhram həmin gün saat 22 radələrində yaşadıqları evin həyətində qızı Ləmanın ona cavab qaytarması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən şillə ilə onun üz və kürək nahiyələrindən bir neçə dəfə zərbə vurub. Bu hərəkətləri ilə o, qızına müxtəlif dərəcəli bədən xəsarətlətri yetirib.
Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz ünvanda yerləşən evdə ailəsi ilə birgə yaşayır: “Hadisə günü, təxminən saat 22 radələrində spirtli içkinin təsiri altında yaşadığım evə gəldim. Evin həyətində oturduqda qızım Ləman mənə yaxınlaşaraq deyinməyə başladığı üçün onu danladım. Həmin zaman Ləman mənə cavab qaytardığı üçün onun üzündən və kürək nahiyəsindən bir neçə dəfə şillə ilə zərbə vuraraq oradan getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, hadisə günü saat 22 radələrində atası Bəhram spirtli içkinin təsiri altında evə gəlib: “Evin həyətində oturduqda atama yaxınlaşdım. Atamın məni haqsız yerə danlamağa başladığı üçün aramızda mübahisə yarandı. Mübahisə əsnasına atam üzümdən bir neçə dəfə şillə ilə vurduğu üçün üzümü çevirərək getmək istədim. Bu zaman kürək nahiyəmdən də bir neçə dəfə zərbə vurdu”.
Bu cinayət işinə Sabumçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Bəhramın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az