İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı MÜHÜM XƏBƏR — VİDEO

SOSİAL 13 oktyabr 2024, 15:15
Cəmi bir dayanacaq gedən də 70 qəpik ödəyir, son dayanacağa gedən də. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər.

Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir.

Avtobus sürücüləri isə bildirirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil. azal vakansiya

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məsafəyə görə ödənişlərin tətbiq edilməsi üçün xüsusi infrastruktur qurulmalıdır.

Qurumdan o da qeyd edilib ki, hazırda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top