"Barselona" hələ də Messiyə pul ödəyir

İDMAN 13 oktyabr 2024, 12:47
"Barselona" hələ də argentinalı hücumçu Lionel Messiyə olan borcunu ödəyib başa çatdırmayıb.

Demokrat.az bu barədə "Mundo Deportivo"ya istinadən xəbər verir.

İspaniya klubu Messi ilə yanaşı, Sergi Buskets və Jordi Albaya da pul ödəməyə davam edir.

Bildirilir ki, "Barselona"nın koronavirus pandemiyası zamanı ödənilməsi gecikən maaş borcu var. Borcun ümumi məbləği 2020/21 maliyyə ili hesabatına daxil edilib və cari il üçün "Barselona"nın iş şəraitinə təsir göstərmir.

Katalon klubu 2024/25 mövsümünün sonunda keçmiş kapitanı ilə hesablaşacaq.

Qeyd edək ki, Messi 2003-2021-ci illərdə məzunu olduğu "Barsa"da çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top