Ərdoğanı Serbiyada Prezidentin özü qarşıladı — FOTO

DÜNYA 11 oktyabr 2024, 08:58
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfərə gəlib.

Demokrat.az xəbər verir ki, Belqradın Nikola Tesla adına Beynəlxalq Hava Limanında Rəcəb Tayyib Ərdoğanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

İki günlük səfər çərçivəsində Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək, təkbətək və geniş tərkibdə görüşlər olacaq.

Həmçinin Serbiya ilə Türkiyə arasında əməkdaşlıq üzrə Ali Şuranın dördüncü iclası keçiriləcək, sazişlər imzalanacaq, hər iki prezidentin iştirakı ilə biznes forum təşkil olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 11:29
Top