Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

GÜNDƏM 10 oktyabr 2024, 18:59

Azərbaycanda bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bununla bağlı sənəd parlamentin Regional məsələlər komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Komitənin gündəliyi aşağıdakı kimidir:

1. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top