Bu gün axşam saat 18:30 radələrində Bakı-Sabunçu qatarında nasazlıq yaranıb.
BAKU.WS-in məlumatına görə, Bakı Dəmir Yolu Vağzalının platformasında hərəkətə hazır olan qatarın maşinist kabinəsinin ön hissəsi tüstüləməyə başlayıb.
Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.