Emin Əmrullayev ilk yerdə olan nazirdir — Mütəxəssis qiymətləndirmə etdi

GÜNDƏM 10 oktyabr 2024, 14:28
“Səmimi deyim ki, analitikası güclü olan, data yönümlü açıqlamaları olan nazirlər içərisində ölkədə ilk yerdə Emin Əmrullayevdir”.

Demokrat.az xəbər verir ki, bunu informasiya-texnologiyaları üzrə mütəxəssis, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bilidib.

Onun sözlərinə görə, Emin Əmrullayev həm də özünün məsul olduğu təhsil və elm sahəsi üzrə neqativləri qeyd etməkdə də öncül yerdədir:

“Onun əlində böyük data var, həm də bu data emal olunmuş vəziyyətdədir, konkret nəticələr çıxarmağa, istənilən bir ümumiləşdirmə aparmağa və qərarlar qəbul etməyə imkan verən bir vəziyyətdədir. Hiss olunur ki, hər çıxışından öncə bu datadan yetərincə bəhrələnir.

Xatırlayıram ki, o, əvvəllər də Nazirlikdə statistika yönümlü şöbəyə rəhbərlik edirdi.

Data yönümlü çıxışlar, real rəqəmlərə və təhlilə söykənən açıqlamalar da adətən "ütülü", hamının "həzm edəcəyi" vəziyyətdə olmur”.

O.Gündüz deyib ki, son illər müəyyən uğurlarla yanaşı, elm və təhsil sektorunda xeyli problemlər də var:

“Cəmiyyətin hər bir üzvü də təhsillə əlaqəli olduğundan nazirin çıxışlarını həzm etmək elə də asan olmur. Odur ki, hər dəfə onun çıxışlarından sonra müzakirələr qaçılmaz olur.

Bəzən rəqiblərinin, müəyyən qrupların bundan sui-istifadəyə cəhdlər etməsi də müşahidə olunur.

Emin müəllimin Təhsilin İnkişafı Forumundakı son çıxışı da maraqlıydı.

Belə anladım ki, ali təhsil müəssisələrində, bütövlükdə ali təhsil sistemində dəyişikliklər olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top