Bu ölkədə 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi

DÜNYA 10 oktyabr 2024, 08:35
İranda 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verilib.

Demokrat.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bəyan edib.

Nazirin sözlərinə görə, artıq ölkədə hamiləlik üçün yaş həddi 15-49 arasındadır. İranlı rəsmi gənclərin evlənməsi üçün xüsusi ödənişlərin nəzərdə tutulduğunu da qeyd edib.

Ə.Rəisi, həmçinin tibb kitablarında yeniyetmə qızlar üçün istifadə edilən "yüksək riskli hamilə analar" ifadəsinin çıxarılaraq "xüsusi qayğıya ehtiyacı olan" analar ifadəsi ilə dəyişdiriləcəyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top