Edisdən qadın qətllərinə sərt REAKSİYA

REGİON 07 oktyabr 2024, 21:00
Türkiyənin məşhur müğənnisi Edis İstanbulun Fatih şəhərində Ayşenur və İkbal adlı iki gənc qadının vəhşicəsinə öldürülməsindən sonra sosial şəbəkədə qadın qətllərinə münasibət bildirib. 

Demokrat.az xəbər verir ki, Edis açıqlamasında qadın qətlinə şəxsi problem kimi deyil, siyasi problem kimi yanaşmaq lazım olduğunu vurğulayıb.

“"Xahiş edirəm, qadın qətlini şəxsi məsələlər baxımından qiymətləndirməyin. Qadın qətli siyasidir. Bu, sosial problemdir. Bu zorakı mühitə zəmin yaradan bəyanatların nəticəsidir, cinayətkarların azadlığıdır.
Əvvəl özümüz, sonra yazdıqlarımız, sonra cəmiyyətdəki davranışımız, başqalarına göstərdiyimiz reaksiyalar dəyişmədikcə, bu qətllərin vəhşiliyi daha da artacaq"

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top