Bank Respublika “Kredit Həyat Sığortası” məhsulunu təqdim etdi

BİZNES 07 oktyabr 2024, 12:58
“Bank Respublika”dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, kredit götürən müştərilərinə yeni “Kredit Həyat Sığortası” məhsulunu təqdim etdi.

Kredit Həyat Sığortası - kredit müddəti boyunca kreditgötürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək. Bu sığorta növü ailənizi və yaxınlarınızı sizin banka olan  kredit borcunuza görə məsuliyyət daşımaqdan  azad edəcək.

Qeyd edək ki, müştəri özü könüllü olaraq Kredit Həyat Sığortası məhsulunu əldə edib-etməməyi seçəcək və bu kreditin verilməsi ilə bağlı yekun qərara təsir göstərməyəck.

Müştərilərin “Bank Respublika”da kredit müraciətləri rəsmiləşdirilən zaman onlara fərqli sığorta şirkətləri tərəfindən təklif olunan həyat sığortası imkanı təklif ediləcək və müştərilərin könüllü olaraq seçdiyi sığorta məhsulu rəsmiləşdiriləcək.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top